“Napoli” “Milan”a rəqib oldu – “Liverpul”un futbolçusuna görə

İtaliyanın “Milan” klubunun heyətinə qatmaq istədiyi “Liverpul”un futbolçusu Deyan Lovren daha bir A Seriyası təmsilçisinin maraq dairəsindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Napoli” xorvatiyalı futbolçunun xidmətində maraqlıdır. Neapol təmsilçisinin yaxın zamanda Lovren üçün hərəkətə keçəcəyi gözlənilir.

Mersisayd təmsilçisi ilə iki illik müqaviləsi qalan 29 yaşlı müdafiəçinin “Milan”ın təklifinə müsbət yanaşdığı, amma illik 4,5 milyon avroluq məvacib tələb etdiyi bildirilir.

“Liverpul”un Lovren üçün 28 milyon avro tələb etdiyi deyilir.

2014-cü ildən “qırmızılar”ın şərəfini qoruyan Lovren, son mövsümdə iştirak etdiyi 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button