Əvvəl “Milan”a gətirdi, indi PSJ-yə aparmaq istəyir

“Milan”ın futbolçusu Lukas Paketa PSJ-nin diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

PSJ-nin idman direktoru Leonardo qış transfer pəncərəsi dövründə “Milan” rəhbərliyi ilə danışıqlara başlamaq niyyətindədir.

Leonardo “Milan”da olarkən Paketanın komandaya cəlb edilməsində böyük rol oynamışdı. Braziliyalı oyunçu üçün “Flamenqo”ya 35 milyon avro ödəyən “Milan” rəhbərliyi, Paketanı satmaq niyyətində deyil.

Leonardo bu yay “Milan”dan PSJ-yə keçib.