“Milan”da yeni müqavilə

“Milan” hücumçusu Rafael Leao ilə yeni müqavilə imzalayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2028-ci ilə qədərdir. Yeni müqaviləyə əsasən, 23 yaşlı futbolçu 5 milyon avro maaş alacaq.

Leao 2019-cu ilin avqustundan “Milan”da çıxış edir. Öncədən onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədər idi.

Cari mövsümdə o, Milan təmsilçisinin heyətində 46 oyuna çıxıb, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button