“Milan” yeni baş məşqçi ilə anlaşıb

“Milan” yeni baş məşqçisi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu postu əvvəllər Fransanın “Lill” klubunda çalışmış portuqaliyalı mütəxəssis Paulo Fonseka tutacaq.

“Milan” onunla müqavilənin şərtlərini razılaşdırıb. Fonseka Milan klubu ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. 

Fonsekanın “Milan”da maaşı ildə 3,5 milyon avro olacaq. Yaxın günlərdə tərəflər qalan rəsmiləşdirmələri həll edəcək və anlaşmanı rəsmən elan edəcəklər. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button