İtaliya klubu “Real”ın qapıçısı ilə maraqlanır

“Milan” “Real”ın ukraynalı qapıçısı Andrey Luninlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın sabiq yarımmüdafiəçisi, hazırda “Milan”ın rənglərini qoruyan Luka Modriç klubuna Luninlə əlaqə qurmaqda kömək edə və qapıçını “qırmızı-qaralar”a keçməyə təşviq edə bilər.

26 yaşlı qolkiper 2018-ci ildən “Real”da çıxış edir, ancaq əsasən ehtiyat qapıçı rolunu oynayır.

O, cari mövsümdə yalnız bir matçda – UEFA Çempionlar Liqasının “Olimpiakos”la oyununda (4:3) iştirak edib. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button