“Milan” onunla razılaşdı – ÇL-ə vəsiqə qazanın, gələcəm

“Nitsa”nın futbolçusu Allan Sen-Maksimen karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu “Milan”a keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə “Milan”ın Allan üçün “Nitsa”yla 20 milyon avro qarşılığında razılaşdığı bildirilib.

“Qırmızı-qaralar” növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanacağı təqdirdə, Sen-Maksimen A Seriyası təmsilçisinə keçəcək.

“Milan” hücumçunu qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəsə də, “Nitsa” onun keçidinə icazə verməmişdi.

Allan cari mövsümdə Liqa 1-də 21 qarşılaşmada iştirak edərək, 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button