“Milan” qapıçısı ilə anlaşa bilmir

“İnter”dən sonra “Milan”da da maaş böhranı yaşanır. Komandanın qapıçısı Mayk Menyan klubla yeni müqavilə barədə razılığa gələ bilmir.

Komanda.az yerli KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper illik 8 milyon avro tələb edir, ancaq “Milan” ona maksimum 5 milyon avro təklif etməyə hazırdır.

Klub artıq Menyanın mümkün gedişinə hazırlıq görməyə başlayıb və onu əvəzləyə biləcək namizədlərin axtarışı sürətlənib. Fransalı qapıçıya Avropanın bir çox nüfuzlu və zəngin klubları maraq göstərir.

Menyan 2021-ci ildən “Milan”ın formasını geyinir və ilk mövsümündə komanda ilə A Seriyasında çempion olub. O, bundan əvvəl “Lill”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button