“Milan”da itki – “İnter”lə oyunu buraxacaq

“Milan” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu İsmael Bennaser zədələnib. Bu barədə komandanın baş məşqçisi Stefano Pioli İtaliya mətbuatına açıqlamasında deyib.

O, Avropa Liqasının 1/16 final mərhələsində “Srvena Zvezda”ya (Serbiya) qarşı keçirilən səfər matçında (2:2) Bennaserin zədələndiyini bildirib.

23 yaşlı yarımmüdafiəçi A Seriyasının 23-cü turu çərçivəsində, fevralın 21-də keçiriləcək “Milan” – “İnter” matçında iştirak edə bilməyəcək.