“Milan”dan türkə yeni müqavilə təklifi

“Milan” klubu futbolçusu Hakan Çalhanoğlunun müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Milan”ın türkiyəli yarımmüdafiəçiyə illik 3,5 milyon avro qazanacağı 4 illik müqavilə təklif edəcəyi bildirilir.

2017-ci ildən “Milan”da forma geyinən 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir. Hakan bu mövsüm A Seriyasında 33 oyunda 8 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button