“Meydanda Ronaldoya bir santimetr də olsun boşluq verə bilməzsən”

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 41 yaşlı futbolçunun hələ də yüksək səviyyədə çıxış etdiyini bildirib:

“Meydanda Ronaldoya bir santimetr də olsun boşluq verə bilməzsən, belə etsən, bu sənin sonundur. Karyeramda onu dəfələrlə dayandırmışam, amma o, yenə də komandalarıma qol vurdu. Artıq butslarımı asmışam, amma o, hələ də oyundadır. Düşünürəm ki, o, daha bir neçə il oynaya bilər”.

Ronaldo Portuqaliya millisinin dünya çempionatında Özbəkistan yığmasını 5:0 hesabı ilə məğlub etdiyi oyunda iki qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button