“Meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür” – Tərlan Əhmədov

“Kəpəz” Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov matçla bağlı fikirlərini bildirib:

“Rəqibə oynamağa imkan verməməyə çalışdıq, onları təzyiqdə saxladıq. Üç xal bizim üçün çox vacib idi. Doqquz xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadır. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm.

Ot örtüyünə görə oyunun keyfiyyəti bir az aşağı idi. Amma bu, peşəkarlar üçün problem olmamalıdır. Bəli, meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.

Əhmədov, son iki ayın maaşlarını almadıqlarını bildirib:

“Bəli, iki ayın maaşını almamışıq. Gözləyirik. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftə məsələ öz həllini tapmalıdır. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdilər. Amma bunu yoluna qoyduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button