Messinin atasından xahişi

PSJ-nin hücumçusu Lionel Messi yayda “Barselona”ya qayıda bilər.

Komanda.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, argentinalı forvard atası və agenti Xorxe Messidən onun “Barselona”ya mümkün qayıdışını Kataloniya təmsilçisinin rəhbərliyi ilə müzakirə etməsini xahiş edib.

Futbolçunun özü də bu məsələ ilə bağlı “Barsa”nın çalışdırıcısı Xavi ilə əlaqə saxlayır.

Son dünya çempionunun PSJ ilə sözləşməsi cari mövsümün sonunda başa çatacaq. O, 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button