Messinin 130 minlik avtomobili əlindən alınır

Almaniyanın “Audi” şirkəti “Barselona” ilə əməkdaşlığı dayandırıb.

Komanda.az xəbər verir ki, “Audi”nin “Barselona” ilə olan əməkdaşlıq müqaviləsinin müddəti iyunun 30-da bitib və yeni sözləşmə imzalanmayıb. Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.

“Audi” müqavilə müddətində “Barselona”lı futbolçulara verdiyi avtomobillərin geri qaytarılmasını istəyib. Hazırda Yaponiyada təlim-məşq toplanışında olan “Barselona”nın İspaniyaya qayıtdıqdan sonra avtomobilləri geri qaytaracağı gözlənilir.

“Barselona” ilə “Audi” 2006-cı ildən əməkdaşlıq edirdi. Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi “Audi” şirkətindən son olaraq dəyəri 130 min funt-sterlinq olan “RS-6” markalı avtomobili seçmişdi.