“Messi və Ronaldo karyerasını bitirdikdə, Mbappe çoxlu “qızıl top” qazanacaq”

“Aston Villa”nın qapıçısı Emiliano Martines PSJ-nin hücumçusu Kilian Mbappe haqda fikirlərini bölüşüb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, argentinalı qolkiper, fransalı futbolçunun gələcəkdə çoxlu “qızıl top” qazanacağına inanır:

“Mbappe nümunədir. 2018-ci ildə dünya kubokunu qazandı, növbəti dünya çempionatında finala yüksəldi və het-trik etdi. Bütün fransızlar belə futbolçu ilə fəxr etməlidirlər. Lionel Messi və Kriştiano Ronaldo karyerasını bitirdikdə, Mbappe onların yolu ilə gedəcək və çoxlu “qızıl top” qazanacaq”.

24 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində 12 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib. Mbappe bu il “qızıl top” üçün səsvermədə üçüncü olub. Mükafatın qalibi Argentina millsinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button