Messi və Busketsin yeni baş məşqçisi müəyyənləşib

ABŞ-ın “İnter Mayami” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, MLS təmsilçisini Jerardo Martino çalışdıracaq.

Onun son iş yeri Meksika millisi olub. 60 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Argentina millisinin üzvü Lionel Messi və “Barselona”nın sabiq futbolçusu Serxio Buskets də “İnter Mayami”yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button