Messi “Barselona”ya qayıdır? – Açıqlama

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin futbolçusu Lionel Messi haqda danışıb.

Komanda.az “Record”-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunu yenidən La Liqada görmək istədiyini dilə gətirib:

“Mən istərdim ki, Messi La Liqada daha çox oynasın. O, “Barselona”ya qayıdır? Bu, onun nə qədər pul qazanmaq istəməsindən və klubun neçə oyunçu satmasından asılı olacaq”.

Lionel Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button