Messi komanda ilə məşqlərə geri dönüb

“İnter Mayami”nin hücumçusu Lionel Messi komanda ilə birgə məşqlərə qayıdıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Sinsinnati” ilə mövsümün ev oyununda meydana qayıda bilər.

Qarşılaşma oktyabrın 8-nə keçən gecə baş tutacaq. “İnter Mayami” sosial şəbəkədə onun şəklini ispan dilində “sabah görüşərik” yazısı ilə yayımlayaraq, argentinalının matçda iştirak edə biləcəyinə işarə vurub.

Messi ayağından aldığı zədə səbəbindən son dörd matçı buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button