Meksikalı üçün rəsmi təklif göndərəcək – Almaniya nəhəngi

“Ayaks”ın yarımmüdafiəçisi Edson Alvares “Borussiya”ya (Dortmund) keçə bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Çud Bellingem “Real”a keçdiyi üçün klub rəhbərliyi 25 yaşlı futbolçunun nümayəndələri ilə danışıqları bərpa ediblər.

Bundesliqa təmsilçisi meksikalının keçidini rəsmiləşdirməkdə iddialıdır. Dortmund klubu yaxın günlərdə onun üçün rəsmi təklif göndərəcək. Edsonun özü də “Borussiya”ya keçmək istəyir.

O, 2022/23 mövsümündə Niderland təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.

Öncədən “Bayern” də Edson Alvareslə maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button