ÇL: “Mbappeyə qarşı müdafiə olunmaq mənim işimdir” – Kunde

“Barselona”nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının 1/4 finalında PSJ-nin hücumçusu Kilian Mbappe ilə qarşılaşmadan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qarşılaşmada əlindən gələni edəcəyini söyləyib:

“Mbappenin necə bir oyunçu olduğunu hamımız bilirik. Ona qarşı müdafiə olunmaq mənim işimdir. Tapşırığı yerinə yetirməyə və rəqibimi dayandırmağa çalışacam. Baş məşqçinin məndən tələb etdiyi hər şeyi yerinə yetirəcəm və əlimdən gələni edəcəm”.

Kunde və Mbappe Fransa millisində komanda yoldaşlarıdır.

Bu gün Parisdə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ və “Barselona” arasında ilk oyunu keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button