
Mbappeni “axmaq” adlandırdılar
“Real”ın hücumçusu Kilian Mbappe Parisdə xoşagəlməz hadisə ilə gündəmə gəlib. Hadisə futbolçunun qaldığı otelin çıxışında baş verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe avtomobilə doğru hərəkət edərkən təsadüfən rusiyalı reper Ciqanın həyat yoldaşı Oksana Samoylova ilə toqquşub və onu çiyni ilə itələyib. Bildirilir ki, Samoylova da həmin oteldə qalır.
Zədəli futbolçu hazırda bərpa dövrünü və boş vaxtını keçirmək üçün Parisə gəlib. Hadisə sosial şəbəkədə də müzakirələrə səbəb olub.
Rusiya millisinin sabiq hücumçusu Pavel Poqrebnyakın keçmiş həyat yoldaşı Maria Poqrebnyak Mbappenin davranışını sərt tənqid edib. O, sosial şəbəkədə paylaşım edərək fransalı futbolçunu “axmaq” adlandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



