Fransa mətbuatı: Mbappe PSJ-də qalmaq istəmir

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, Paris klubundan ayrılmaq qərarına gəlib. Futbolçu PSJ ilə müqavilənin müddətini uzatmaq niyyətində deyil.

Futbolçunu komandada saxlamaq niyyətində olan parislilər isə onu transfer etmək istəyən klublarla danışıqlar aparmaq niyyətində deyil.

Mbappenin “Real”da çıxış etmək istədiyi bildirilir.

Onun PSJ ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.