“Mbappe, səni dünyanın ən yaxşı klubunda salamlayıram”

“Real”ın sabiq qapıçısı İker Kasilyas Fransa millisinin hücumçusu Kilian Mbappenin “kral klubu”na keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı keçmiş qolkiper sosial şəbəkədə paylaşım edib:

“Mbappe, səni dünyanın ən yaxşı klubunda salamlayıram. 16-cı Çempionlar Liqası kubokuna səyahət sizdən başlayır”.

25 yaşlı forvard “kral klubu” ilə 5 illik müqavilə imzalayıb. O, PSJ-dən ayrıldıqdan sonra “Real”a azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button