“Mbappe, sən kişi deyilsən!”

İspaniyalı jurnalist Xose Feliks Diaz mayın 21-də PSJ ilə müqaviləsini uzadaraq “Real”a keçməkdən imtina edən fransalı hücumçu Kilian Mbappeni sərt tənqid edib.

Komanda.az xəbər verir ki, jurnalist “yutub” kanalında Mbappe haqda bunları deyib:

“Mbappe, sən kişi deyilsən! Böyük futbolçu olaraq qalacaqsan, amma kiçik insan olacaqsan. Sən sözünün üstündə durmayan vətən xainisən. Siz təkcə Florentino Peresə (“Real”ın prezidenti) yox, milyonlarla insana xəyanət etdiz. Sən “Real” səninlə əlaqə saxlayanda cavab verməyə cəsarəti çatmayan qorxaqsan. On gün əvvəl hər şeyin qaydasında olduğunu deyirdin və sonra cavab verməyi dayandırdın”.

Mbappe PSJ ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

23 yaşlı hücumçu bu mövsüm Liqa 1-də 34 oyuna çıxıb, 25 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin