Mbappe mövqeyini dəyişəcək – “Real”a keçəndən sonra

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a keçərsə, meydandakı mövqeyindən imtina etməli olacaq.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, fransalı futbolçu klassik mərkəz hücumçusu olmağa hazırdır. İndi o, tez-tez cinah hücumçusu kimi çıxış edir. Mbappe bunu problem kimi də görmür, çünki bu mövqe ona mümkün qədər çox qol vurmağa və iki əsas fərdi kuboka – “Qızıl top”a və “qızıl buts”a sahib olmağa imkan verəcək.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ildə başa çatacaq. 25 yaşlı futbolçu bu mövsüm 42 oyun keçirib, 41 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button