Mbappeni tənqid etdi – “Real”a keçmədiyi üçün

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappeni “Real”a keçməkdən imtina etdiyinə görə tənqid edib.

Komanda.az “Triball Football”-a istinadən xəbər verir ki, Tebas, Mbappenin rəqabətə davamlı olmayan çempionatda qaldığını deyib:

“Lionel Messi, Kriştiano Ronaldo və Kilian Mbappenin oynadığı klublara nəzər salsaq, görərik ki, bunlar pul tökən klublardır. Təbii ki, onların La Liqaya gəlməsini istərdik, amma keçən il də onlar yox idi. Mbappe isə rəqabətə davamlı olmayan çempionatda qaldı”.

23 yaşlı fransalı forvard bu yay “Real”a keçməkdən imtina edib. May ayının sonunda Mbappe PSJ ilə müqaviləsini 2025-ci ilin iyununun sonuna qədər uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button