AÇ-2024: “Biz qələbəyə çox acıq”

Fransa millisinin hücumçusu Kilian Mbappe 2024-cü il Avropa çempionatından gözləntiləri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin forvardı əsas məqsədlərinin kubok qazanmaq olduğunu deyib:

“Komandamızın hər zaman bir məqsədi var – kubok. İki il əvvəl dünya çempionatının finalında oynayırdıq, indi yenidən bu mərhələyə çıxmaq və qalib gəlmək istəyirik. Bu, asan olmayacaq, çünki turnirdə ciddi rəqiblər çox olacaq. Amma biz qələbəyə çox acıq və ölkəmizin tarixini yenidən yazmaq istəyirik”.

AÇ-2024 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button