PSJ doğma meydanda xal itirdi

Fransa Liqa 1-də 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda “Marsel” “Bordo”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Şənbə günü daha beş oyun baş tutub. “Lion” evdə “Dijon”a məğlub olmaqla hər kəsi təəccübləndirib. “Nim” isə “Kan”la ev oyunundan inamlı qələbəylə ayrılıb. “Amyen” – “Sent-Etyen”, “Anje” – “Renn” və “Genqam” – “Monako” matçlarında isə tərəflər qarşılıqlı qollarla hərəyə 1 xalla kifayətlənməli olublar.

Bu turda lider PSJ doğma azarkeşləri önündə “Strasburq”u qəbul edib. Paris təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Liqada işləri yaxşı getməyən “Monako” isə “Genqam” səfərinə yollanıb. “Knyazlıq klubu” da turu xal itkisi ilə başa vurub.

Fransa Liqa 1, 31-ci tur

5 aprel

Bordo – Marsel 2:0
Qol
: Kamano, 27-pen. De Preville, 71.

6 aprel

Lion – Dijon 1:3
Qol
: Terrye, 1 – Said, 3. Marselo 7-öz qapısına. Da Silva, 65-öz qapısına.

Amyen – Sent-Etyen 2:2
Qol
: Konate, 23; 61 – Kolo, 16. Kabelya, 90.

Anje – Renn 3:3
Qol
: Adelaide, 47; 90. Bahoken, 52 – Ben Arfa, 35; 75-pen. Nyanq, 59.

Genqam – Monako 1:1
Qol
: Eboa, 23 – Yovetiç, 90.

Nim – Kan 2:0
Qol
: Bouanqa, 85. Qradit, 90-öz qapısına.

7 aprel

Reyms – Lill 1:1
Qol
: Oudin, 78 – Fonte, 55.

Tuluza – Nant 1:0
Qol
: Silla, 55.

Nitsa – Monpelye 1:0
Qol
: Dante, 20.

PSJ – Strasburq 2:2
Qol
: Motinq, 14. Kehrer, 82 – Da Kosta, 26. Qonçalves, 38.

Bombardir: Kilian Mbappe (PSJ) – 27 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button