“Marsel”dən çətin qələbə

Futbol üzrə Fransa çempionatında 11-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında Marsel “Olimpik”i doğma meydanda “Nitsa” ilə üz-üzə gəlib.

Beş qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Bu qələbə sayəsində xal sayını 37-yə çatdıran Marsel klubu 6-cı pillədə qərarlaşıb. “Nitsa” isə 29 xalla 14-cü sırada qalıb.

Fransa, Liqa 1
11-ci turun oyunu

17 fevral

Olimpik (Marsel) – Nitsa 3:2
Qol: Alvaro, 14. Kaui, 42; 53 – Quiri, 47. Selluki, 87.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button