“Marsel” uduzdu, “Monako” 2-ci pilləyə yüksəldi

Bu gün futbol üzrə Fransa Liqa 1-də 37-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunlar eyni gündə, eyni saatda start götürüb. Lionel Messili, Neymarlı, Kilian Mbappeli PSJ “Monpelye”nin qonağı olub. Paris təmsilçisi çempionluğu rəsmiləşdirdiyindən, bu matç onlar üçün formal xarakter daşıyırdı. Buna baxmayaraq, qonaqlar bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.

İkinci pillə uğrunda mübarizə aparan “Marsel” bu turda “Renn”in qonağı olub və 2 cavabsız qolla uduzub. “Monako” isə “Brest”i qəbul edib və qalib gələrək ikinci pilləyə yüksəlib.

Fransa Liqa 1, 37-ci tur

14 may

Bordo – Loryan 0:0

Lion – Nant 3:2
Qol
: Dembele, 9. Paketa, 78. Tete, 85 – Gebbels, 81. Kiprien, 90+2.

Mets – Anje 1:0
Qol
: Lamkel, 50.

Monako – Brest 4:2
Qol
: Ben Yedder, 44-pen; 51; 54. Volland, 70 – Duverne, 10. Belaili, 23.

Monpelye – PSJ 0:4
Qol
: Messi, 6; 20. Di Mariya, 26. Mbappe, 60-pen.

Nitsa – Lill 1:3
Qol
: Kluyvert, 31 – David, 52; 61. Vea, 90+4.

Renn – Marsel 2:0
Qol
: Buriqe, 12. Mayer, 35.

Sent-Etyen – Reyms 1:2
Qol
: Manqala, 12 – Munetsi, 2. Dumbiya, 61.

Strasburq – Klermon 1:0
Qol
: Tomasson, 28.

Trua – Lans 1:3
Qol
: Byankone, 14 – Danso, 42. Kalimuendo, 45. Klauss, 71.

Bombardir: Kilian Mbappe (PSJ) – 26 qol.