“Marsel” ona görə 11 milyon avro ödəyəcək

Fransanın “Marsel” klubu icarə əsasında komandada çıxış edən yarımmüdafiəçi Matteo Genduzinin transfer hüquqlarını almaq istəyir.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, “Marsel” 22 yaşlı fransalı futbolçunun transfer hüquqlarını məxsus olduğu “Arsenal”dan almağa qərar verib.

Fransa təmsilçisi Genduzi üçün İngiltərə klubuna 11 milyon avro ödəməli olacaq.

“Marsel” UEFA Konfrans Liqasının 1/16 mərhələsində “Qarabağ”la qarşılaşıb və mərhələni adlayan tərəf olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button