Mane – Afrikanın ən yaxşısı

Afrika Futbol Konfederasiyası (CAF) 2021/2022 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az CAF-ın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Liverpul”u “Bayern”ə dəyişən seneqallı hücumçu Sadio Mane layiq görülüb.

Mane, keçmiş komanda yoldaşı, misirli hücumçu Məhəmməd Salahı və “Çelsi”də çıxış edən qapıçı Eduar Mendini qabaqlayıb.

Mane ötən mövsüm “Liverpul”un heyətində ölkə kubokunu və Liqa kubokunu qazanıb, Seneqal yığması ilə Afrika Millətlər Kubokuna sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button