“Lester”dən darmadağın

İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Turun açılış matçında lider “Liverpul” doğma azarkeşləri qarşısında “Bornmut”u qəbul edib və çətin qələbəyə sevinib.

“Arsenal” “Vest Hem”i qəbul edib və minimal hesabla üstün olub. “Tottenhem” isə “Bernli”ni sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib.

Son turda “Bornmut”la qollu bərabərə qalan “Çelsi” bu dəfə “Everton”la üz-üzə gəlib. London təmsilçisi bu oyunda darmadağına sevinib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. “Qırmızı şeytanlar” bu oyunda inamlı qələbə qazanıblar.

Son gündə “Lester” doğma meydanda “Aston Villa”nı 4 cavabsız qolla üstələyib.

İngiltərə Premyer Liqası, 29-cu tur

7 mart

Liverpul – Bornmut 2:1
Qol
: Salah, 25. Mane, 33 – Vilson, 9.

Arsenal – Vest Hem 1:0
Qol
: Lakazette, 78.

Kristal Pelas – Uotford 1:0
Qol
: Ayyu, 28.

Şeffild Yunayted – Norviç 1:0
Qol
: Şarp, 36.

Sauthempton – Nyukasl 0:1
Qol
: Maksimin, 79.

Vulverhempton – Brayton 0:0

Bernli – Tottenhem 1:1
Qol
: Vud, 13 – Alli, 50-pen.

8 mart

Çelsi – Everton 4:0
Qol
: Mount, 14. Pedro, 21. Villian, 51. Jiru, 54.

Mançester Yunayted – Mançester Siti 2:0
Qol
: Marsyal, 30. Maktominay, 90+7.

9 mart

Lester – Aston Villa 4:0
Qol
: Barnes, 40; 85. Vardi, 63; 79.

Bombardir: Ceymi Vardi (Lester) – 19 qol.