“Çelsi”dən inamlı qələbə

İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Mançester Yunayted” “Vulvehemtpon”un qonağı olub. “Qırmızı şeytanlar” bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb.

“Uotford” isə doğma azarkeşləri qarşısında “Fulhem”lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olub.

“Mançester Siti” “Kardiff Siti”ni qəbul edib. 2 cavabsız qolla qalib gələn MS yenidən zirvəni ələ keçirib.

33-cü turda “Liverpul” çətin “Sauthempton” səfərinə yollanıb və əzmkar qələbəyə sevinib.

“Arsenal” “Everton”un qonağı olub. London təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

Son oyun günündə “Çelsi” doğma meydanda “Vest Hem”lə qarşılaşıb. “Zadəganlar” bu görüşdə inamlı qələbəyə seviniblər.

Bu turda keçirilməsi nəzərdə tutulan “Tottenhem” – “Brayton” matçı aprelin 23-də oynanılacaq.

Aprelin 3-də Premyer Liqanın 27 və 31-ci turundan təxirə salınmış iki oyunu keçirilib. 27-ci turdan təxirə salınan oyunda “Çelsi” “Brayton”la qarşılaşıb və darmadağna sevinib. 31-ci tur çərçivəsində isə “Tottenhem” “Kristal Pelas”ı sınağa çəkib. Bu oyunda da sevinən tərəf London təmsilçisi olub.

Şənbə günü daha üç oyun keçirilib. “Bornmut” evdə “Bernli”yə, “Haddersfild” “Lester”ə, “Nyukasl” isə “Kristal Pelas”a məğlub olub.

İngiltərə Premyer Liqası, 33-cü tur

2 aprel

Vulverhempton – Mançester Yunayted 2:1
Qol
: Jota, 25. Smollinq, 77-öz qapısına – Maktominay, 13.

Uotford – Fulhem 4:1
Qol
: Dukure, 23. Huqes, 63. Dini, 69. Femenia, 75 – Babel, 33.

3 aprel

Mançester Siti – Kardiff Siti 2:0
Qol
: De Bruyne, 6. Sane, 44.

5 aprel

Sauthempton – Liverpul 1:3
Qol
: Lonq, 9 – Keyta, 36. Salah, 80. C.Henderson, 86.

6 aprel

Bornmut – Bernli 1:3
Qol
: Barnes, 4-öz qapısına – Vud, 18. Vestvud, 20. Barnes, 57.

Haddersfild – Lester 1:4
Qol
: Muy, 52-pen – Tilemans, 24. Vardi, 48; 84-pen. Maddison, 79.

Nyukasl – Kristal Pelas 0:1
Qol
: Milivoyeviç, 81-pen.

7 aprel

Everton – Arsenal 1:0
Qol
: Jaqielka, 10.

8 aprel

Çelsi – Vest Hem 2:0
Qol
: Hazard, 24; 90.

27-ci turdan təxirə salınan oyun

3 aprel

Çelsi – Brayton 3:0
Qol
: Jiru, 38. Hazard, 60. Loftus-Çik, 63.

31-ci turdan təxirə salınan oyun

3 aprel

Tottenhem – Kristal Pelas 2:0
Qol
: H.M.Son, 55. Eriksen, 80.

Bombardir: Serxio Aquero (Mançester Siti) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button