Skoulz: “Heç vaxt Ronaldo kimi peşəkar birini görməmişəm”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz keçmiş komanda yoldaşları Erik Kantona ilə Kriştiano Ronaldonu müqayisə edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Skoulz, Ronaldonun fərqli səviyyədə olduğunu deyib:

“Erik Ronaldoya çox bənzəyirdi, lakin Ronaldo hələ də fərqlidir. Kantona məşqə gəlir və çalışırdı, amma idman zalına getməyi sevmirdi.

Ronaldo oyunlardan əvvəl və sonra zallara gedir, çox çalışır. O, Premyer Liqada hamıdan güclü olmaq istəyir. Mən heç vaxt Ronaldo kimi peşəkar birini görməmişəm. O, ingilis futbolçuların görmədiyi şeyləri edib. Bütün bunlar hamısı daha yaxşı olmaq üçün idi”.