Poqba “Mançester Yunayted”dən ayrılacaq? – Qardaşı açıqladı

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın qardaşı Matias Poqba açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın “Syudad-Real” klubunda çıxış edən Poqba, qardaşının “Real”a mümkün transferindən danışıb:

“Real”ın qardaşıma ehtiyacı var. Florentino Peres də Poqbanı almaq istəyir. Onun 200 milyon avro dəyərində olduğunu düşünmürəm, ancaq bugünkü gündə futbolun reallıqları da var. “Mançester Yunayted” “Real”dan çox pul tələb edir, amma bu, 200 milyon avro deyil.

Poqba da “Mançester Yunayted”dən ayrılmaq istəyir. Nə olacağını görəcəyik”.