Ronaldo: “Sistemə öyrəşmək lazımdır”

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan portuqaliyalı hücumçu, bunları deyib:

“Mançester Yunayted”də bir neçə dəyişiklik oldu. Mən, Rafael Varan və Ceydon Sanço heyətə qoşuldu. Yeni komandaya uyğunlaşmaq üçün hər zaman vaxt tələb olunur. Sistemə öyrəşmək lazımdır. Bu, təkcə fərdi bacarıqların hesabına olmur, əsas olan komandadır. Fərdlər komanda halında birləşəndə titul qazanmaq daha asan olur”.