“Mançester Yunayted”in futbolçusu Argentina klubunda

“Mançester Yunayted”in futbolçusu Markos Roxo “Estudiantes” klubunda məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, Roxonun komandanın məşqlərinə qoşulduğu bildirilib.

Müqaviləylə “Mançester Yunayted”ə məxsus olan 29 yaşlı müdafiəçi, milli komandaların oyunlarıyla bağlı yaranan fasilədə “Estudiantes”in düşərgəsinə qoşulub. “Qırmızı şeytanlar”ın da Roxoya bunun üçün icazə verdiyi bildirilib.

2014-cü ildə 20 milyon avro qarşılığında “Sportinq”dən “Mançester Yunayted”ə keçən Roxo, bu mövsüm 4 qarşılaşmaya çıxıb. O, 59 dəfə də Argentina millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button