“Oyunun ən yaxşısı hakimlər idi” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Liverpul”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Xəyal qırıqlığı yaşadığımızı deyə bilmərəm. Çünki uşaqlar planlarımızı yerinə yetirdilər. Hər gün daha da yaxşı olacağıq. Oyundan sonra futbolçular məyus idi. Bu, yaxşı haldır.

Oyunun ən yaxşısı hakimlər idi. Bu görüşün həqiqətən derbi olmasına icazə verdilər. Futbol belə oynanılmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button