“Poqba Rayolanın deyil, “Mançester Yunayted”in futbolçusudur”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Pol Poqba və onun meneceri Mino Rayola haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, norveçli mütəxəssis fransız futbolçu və meneceriylə bağlı bunları deyib:

“Rayola və Poqbayla danışmamışam. Poqbanın agentinə nə deməli olduğu haqda heç nə deməmişəm. Poqba Rayolanın deyil, “Mançester Yunayted”in futbolçusudur.

Poqba uzun müddət yaşıl meydanlardan uzaq qaldı. İndi oynamaq istəyir. Yaxşılaşıb, komandaya kömək etmək üçün meydana çıxacaq”.

Rayola bir müddət əvvəl Poqbanın “Yuventus”a qayıda biləcəyini demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button