“Mançester Yunayted”dən 20 milyon avroluq təklif

“Mançester Yunayted” qolkiperi David De Xeanın müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” ispan qapıçıya yeni – 5 illik sözləşmə təklif edəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, De Xeanın yeni müqaviləylə illik 20 milyon avro məvacib alacağı bildirilib.

De Xeanın müqaviləsi mövsümün sonunda bitir. 28 yaşlı qolkiperin sözləşməsində bir il daha artırılma barədə maddə yer alır.

2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçən De Xea, bu mövsüm Premyer Liqada 26 matçda “çərçivə”ni qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button