“Mançester Yunayted”də şəxsiyyətlər və xarakter görmürəm” – keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Premyer Liqanın 1-ci turundan sonra keçmiş komandasının nəticəsini şərh edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, problemlərin eyni qaldığını deyib:

“Problemlər eyni qalır. Eyni xarakterlər, eyni şəxsiyyətlər, xüsusən də, orta sahədə. Komandanın istedadlı oyunçuları var, lakin uğursuzluqlar olanda, onların öhdəsindən gəlmirlər. Mən “Mançester Yunayted”də şəxsiyyətlər və xarakter görmürəm”.

MY Premyer Liqanın 1-ci turunun “Brayton”la oyununda (1:2) məğlub olub.