“Mançester Yunayted”də 2 itki: Mövsümü bitirdilər

“Mançester Yunayted” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford və müdafiəçisi Erik Bayi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 36-cı turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Çelsi” matçında (1:1) zədə alan hər iki futbolçunun son durumu tibbi müayinələrdən sonra bilinəcək.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer oyundan sonra keçirilən mətbuat konfransında, hər iki futbolçu üçün mövsümün bitdiyini açıqlayıb.

“Mançester Yunayted” Premyer Liqada sona 2 tur qalmış, 65 xalla 6-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button