“Mançester Yunayted” PSV-nin hücumçusunu istəyir

“Mançester Yunayted” PSV-nin niderlandlı hücumçusu Kodi Qakponu heyətinə qatmağı düşünür.

Komanda.az “Forbes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” Qakponu klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Kriştiano Ronaldonun gedişindən sonra transfer edə bilər. “Qırmızı şeytanlar” PSV-nin Antoni transfer edildiyi zaman “Ayaks”ın etdiyi kimi, Qakponun keçidinə mane olmamasını gözləyir.

23 yaşlı Qakpo bu mövsüm Erediviziyada 7 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun transfer dəyəri hazırda 35 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button