“Mançester Yunayted” Müllerlə maraqlanır

“Bayern”in yarımmüdafiəçisi Tomas Müller karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Komanda.az “German Football News”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq şəxsən almaniyalı futbolçu ilə maraqlanır və onun təcrübəsinin komandanın düzgün yola qayıtmasına kömək edəcəyinə inanır.

Əvvəllər də Mançester klubu yarımmüdafiəçi ilə maraqlansa da, Müller İngiltərə çempionatına keçməkdə maraqlı olmayıb.

34 yaşlı futbolçunun özü də ən azı 2025-ci ilə qədər Çempionlar Liqası səviyyəsində oynamağa davam etmək istəyir. O, hətta MLS və Səudiyyə Ərəbistanı ilə böyük sövdələşmələrdən imtina edib, çünki onun üçün əsas “Bayern”də qalmaqdır. Müllerin klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button