“Mançester Yunayted” tələsməyəcək

“Mançester Yunayted” yayda yeni baş məşqçi təyin etməyi planlaşdırır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, klub bu məsələdə tələsməyəcək və “qırmızı şeytanlar”ın yeni çalışdırıcı axtarışı hətta 2026-cı il dünya çempionatının sonuna qədər uzana bilər.

Məhz bu səbəbdən, hazırda milli komandalarla çalışan mütəxəssislər də namizədlər siyahısından kənarda qalmır. Xüsusilə, Karlo Ançelotti, Yulian Naqelsmann, Maurisio Poçettino və Tomas Tuxel kimi tanınmış məşqçilərin adları “Mançester Yunayted”lə yanaşı çəkilir.

Vurğulanır ki, “qırmızı şeytanlar” üçün yeni baş məşqçi seçimində əsas kriteriya böyük təzyiq altında işləmək bacarığı olacaq.

İlin əvvəlində portuqaliyalı mütəxəssis Ruben Amorim klubdan ayrılıb. Bundan sonra komandanı bir neçə oyuna Darren Fletçer çıxarıb. Bu yaxınlarda isə mövsümün Maykl Karrikin rəhbərliyi altında başa çatacağı rəsmən açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button