“Liverpul”dan inamlı qələbə

İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib. Turun açılış matçında “Çelsi” “Brayton”la üz-üzə gəlib. London təmsilçisi səfər matçında qələbəni əldn verib və 1 xalla kifayətlənib.

“Bernli” evdə “Aston Villa”ya, “Nyukasl” “Lester”ə uduzub. Səfərdə “Sauthempton”la qarşılaşan “Tottenhem” minimal hesabla məğlub olub. “Uotford” “Vulverhempton”u, “Vest Hem” “Bornmut”u məğlub yola salıb. “Norviç” – “Kristal Pelas” matçında isə qalib müəyyənləşməyib.

Son çempion “Mançester Siti” “Everton”u sınağa çəkib və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşü isə Londonda keçirilib. “Arsenal” doğma azarkeşləri qarşısında “Mançester Yunayted”i qəbul edib. Paytaxt təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb.

Turun son matçı lider “Liverpul”la “Şeffild Yunayted” arasında baş tutub. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası, 21-ci tur

1 yanvar

Brayton – Çelsi 1:1
Qol
: Cahanbaxş, 84 – Aspilikueta, 10.

Bernli – Aston Villa 1:2
Qol
: Vud, 80 – Uesli, 27. Qriliş, 41.

Nyukasl – Lester 0:3
Qol
: A.Peres, 36. Maddison, 39. Xuduri, 87.

Sauthempton – Tottenhem 1:0
Qol
: İnqs, 17.

Uotford – Vulverhempton 2:1
Qol
: Deulofeu, 30. Dukure, 49 – Neto, 60.

Mançester Siti – Everton 2:1
Qol
: Q.Jesus, 51; 58 – Riçarlison, 71.

Norviç – Kristal Pelas 1:1
Qol
: Kentuel, 4 – Uikhem, 85.

Vest Hem – Bornmut 4:0
Qol
: Noble, 17; 35. Haller, 25. Anderson, 66.

Arsenal – Mançester Yunayted 2:0
Qol
: Pepe, 8. Sokratis, 42.

2 yanvar

Liverpul – Şeffild Yunayted 2:0
Qol
: Salah, 4. Mane, 64.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button