“Mançester Siti”nin “radar”ındadır – “Vulverhempton”un futbolçusu

“Mançester Siti” heyətini “Vulverhempton”un futbolçusu Pedro Neto ilə gücləndirmək istəyir.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın maraq dairəsindədir. Ancaq MS futbolçunu transfer etmək üçün mübarizədə Səudiyyə Ərəbistanı klubları ilə mübarizə aparmalı olacaq.

Daha əvvəl Netonun xidmətində “Tottenhem” və “Nyukasl” klubları da maraqlı olub.

24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button