“Mançester Siti” “Barselona”nın futbolçusunu istəyir

“Mançester Siti” “Barselona”nın yarımmüdafiəçisi Pedri ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola ispaniyalı futbolçunun oyununu bəyənir. Onun transfer məbləği təxminən 100 milyon avro ola bilər.

”Barselona” üçün belə bir transfer klubun maliyyə vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər.

20 yaşlı yarımmüdafiəçi 2019-cu ildə “Las Palmas”dan 17,5 milyon avro qarşılığında “Barselona”ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button