“Mançester Siti”nin futbolçusu sıradan çıxıb

“Mançester Siti”nin futbolçusu Yosko Qvardiol zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola danışıb. O, 21 yaşlı müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib: 

“Yosko Qvardiol topuq bağından zədə alıb. O, bu səbəbdən 2-3 həftə oynaya bilməyəcək”.

Qvardiol bu mövsüm 29 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button