“Mançester Siti”dən “Fənərbağça”ya

“Fənərbağça” heyətini yeni oyunçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Mançester Siti”dən mərkəz müdafiəçisi Natan Akenin transferi açıqlanıb. Bu keçidin detalları ilə bağlı hələlik məlumat verilməyib.

Niderland millisi ilə DÇ-2026-da iştirak edən futbolçu bir neçə gündən sonra İstanbul təmsilçisinin düşərgəsinə qoşulacaq.

Natan Ake 2020-ci ildən “Mançester Siti”də çıxış edirdi. O, “şəhərlilər”də 177 oyun keçirib, 10 qol vuurb, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button